Aze Rus Eng

GLOBAL RADIATORI

RADIANT

MƏRKƏZİ İSTİLİK SİSTEMİ
YÜKSƏK SƏMƏRƏLİLİYƏ MALİK BUXAR    QAZANLARI

SR

EMMETI

QURAŞDIRILMA

TEXNİKİ GÖSTƏRİCİLƏRİ  
 
Klass modeli texnologiya və este- tikliyi davamlılıq və yüksək səmərə- liliklə birləşdirir. Zərif döngələrlə bəzədilmiş xətti nəfislik radiatora mütənasüb proporsiyalar bəxş edir.
Radiator sərfəli olmaqla yanaşı divarın çox hissəsindən istifadə etməyə şərait yaradaraq məkana qənaət edir və eləcə də istismar xərclərini azaltmağa imkan yaradır.  
Qabaqcıl ilkin boyama texnologiyası qaynar minalama tətbiq etməklə bu müasir məhsul çeşidlərinin dayanıqlı və mükəmməl boyanmasına zəmanət verir.

MONTAJ

-KLASS radiatorları işçi təzyiq 1600 K Paskal – 16 Atm olmaq şərtilə 110º C-yə qədər isti su və ya buxardan istifadə edən bütün istilik sistemlərində tətbiq edilə bilər.
-Bu radiatorlar dəmir, mis və termoplastik borulardan istifadə edən sistemlərdə quraşdırıla bilər.
-Radiatorların quraşdırılması zamanı aşağıda göstərilən məsafələrə riayət etməklə ən yüksək istilik gücünə nail olmaq mümkündür:
- divardan – ən az 3 sm aralı;
- döşəmədən  – ən az 10 sm hündürdə;
- pəncərə altından və ya rəfdən – ən az 10 sm aşağıda

İstiliyin səbəb olduğu genişlən- mə nəticəsində yaranan gurul- tunun qarşısını almaq üçün dir- səklərdə (kronşteynlərdə) plas- tik halqalardan (muftalardan) istifadə edilməsi tövsiyə edilir (Kataloqumuzda 4, 14, 25, 27 və ya 29 bəndlər).
-Qarışıq metallardan istifadə zamanı isitilik sistemində çö- küntülər və korroziya nəticəsin- də əmələ gələ bilən problem- lərin qarşısını almaq üçün suyun pH göstəricisini yoxlamaq (tövsiyə edilən göstərici 6.5 və 8 arasındadır) və hər 200 litr dövr edən suya 1 litr olmaq şərtilə və ya istehsalçıın təlimatına uyğun olaraq münasib passivləşdirici qatqı (Cillit-HS 23 Combi və ya ona bərabər tutulan və ya ona bənzər digər məhsul) əlavə etmək məsləhət görülür.
-Maksimum təsirliliyi təmin etmək məqsədilə radiatorlar üçün üzən avtomatik və ya əllə idarə eidlən ventilyasiya qapaqlarının (klapanlarının) quraşdırılması tövsiyə edilir.
-Istilik sistemində mövcud olan qazlarla bağlı problemlərin qarşısını almaq və aşırı təzyiqi aradan qaldırmaq məqsədilə qapaqların sonuna qədər bağlanması məsləhət görülmür. Əgər bir və ya bir neçə radiatoru uzun müddət ərzində dövriyyədən təcrid etmək lazımdırsa, bu zaman hər bir radiatorda avtomatik ventilyasiya qapaqlarının quraşdırılması tövsiyə edilir. 
-Radiatorların boyanmış səthlərinin uzun müddətli qorunmasını təmin etmək üçün onları daim nəm və rütubətli məkanlarda quraşdırmaq olmaz.
-Boyanmış səthdə kiçik qüsurlar və zədələr alümi- niumun oksidləşməsəniə səbəb ola bilər və nəticədə boyanmış səthdə ləkələr əmələ gələ və o tamamilə korlana bilər.
-Radiatorların xarici səthinin təmizlənməsi zamanı tərkibuində cilalayıcı və pardaxlayıcı (abraziv) mad- dələr olan vasitələrdən istifadəyə yol vermək olmaz.

“Aşağıda verilmiş şəkildə qiymətlər sm-lə verilmişdir”

Evinizi hansı istilik sistemi ilə isidirsiniz?

Kombi (442)
Qaz (143)
Heç biri (126)



..