Aze Rus Eng

GLOBAL RADIATORI

RADIANT

MƏRKƏZİ İSTİLİK SİSTEMİ
YÜKSƏK SƏMƏRƏLİLİYƏ MALİK BUXAR    QAZANLARI

SR

EMMETI

QURAŞDIRILMA    
  

OSCAR radiatorları yüksək komfor- tun və zərifliyin xüsusi əhəmiyyət kəsb etdiyi evlərin, mehmanxana- ların və digər məkanların interyer- lərinə ideal uyğunluq təşkil edir. 
 
TEXNİKİ GÖSTƏRİCİLƏRİ  

OSCAR radiatorları müasir texnolo- giyanın tətbiqi ilə hazırlanmışdır. Bu radiatorlarda preslənmiş və yüksək təzyiq altında tökülmüş alüminiumu əridən və bu vaxta kimi heç bir istehsalçı tərəfindən tətbiq edilmə- yən xüsusi qaynaq üsulundan istifadə edilmişdir.
Radiatorun su kanalı divarının qalınlığı başqa istehsalçıların bənzər modellərilə müqayisədə iki dəfə qalındır. Bu isə radiatorun etibarlığını və keyfiyyətini təmin edir.

• Seksiya elementləri nippellər vasitəsilə birləşdirilmişdir (2/3/4/5 seksiyalı və 6 elementli radiatorlar)
• Milandakı “Politecnico“ təşkilatında və Vilyurbanndakı Cetiat labaratoriyasında EN 442 normalarına əsasən həyata keçirilmiş sınaqlar yüksək istilik gücünə zəmanət verir.
• İşçi təzyiq 600 k Paskal - 6 Atm.
• İkiqat emal – anaforez üsulu ilə boyama (radiatorun bütünlüklə boya ilə dolu ləyənə salınması) və epoksid tozu əsasında minalama.

MONTAJ

• OSCAR radiatorları işçi təzyiq 1600 K Paskal – 16 Atm olmaq şərtilə 100º C-yə qədər isti su istifadə edən bütün istilik sistemlərində tətbiq edilə bilər.
• Bu radiatorlar dəmir, mis və termoplastik borulardan istifadə edən sistemlərdə quraşdırıla bilər.
• Radiatorların quraşdırılması zamanı aşağıda göstərilən məsafələrə riayət etməklə ən yüksək istilik gücünə nail olmaq mümkündür:
- divardan – ən az 3 sm aralı;
- döşəmədən  – ən az 10 sm hündürdə;
- pəncərə altından və ya rəfdən – ən az 5 sm aşağıda


• Ştepsellər və ya reduksiyalar (5 və 6 bəndlər) yalnız orijinal `O-R` ara qatı (bənd 24) ilə istifadə edilməlidir. Alternativ olaraq dəstdən də istifadə etmək olar (44, 47, 49 bəndlər).
• Çox sayda seksiyaların yığılması zamanı 1’’ mm 30 nippelərdən (bənd 23) və `O-R` ara qatından (bənd 24) istifadə edilməlidir.  
• Qarışıq metallardan istifadə zamanı isitilik sis- temində çöküntülər və korroziya nəticəsində əmələ gələ bilən problemlərin qarşısını almaq üçün suyun pH göstəricisini yoxlamaq (tövsiyə edilən göstərici 6.5 və 8 arasındadır) və dövr edən qaynar suya istehsalçıın təlimatına uyğun olaraq müəyyən miqdar münasib passivləşdirici qatqı (Cillit-HS 23 Combi və ya ona bənzər digər məhsul) əlavə etmək məsləhət görülür.
 
• Maksimum təsirliliyi təmin etmək məqsədilə radiatorlar üçün üzən avtomatik və ya əllə idarə eidlən ventilyasiya qapaqlarının (klapanlarının) quraşdırılma- sı tövsiyə edilir.
• Istilik sistemində mövcud olan qazlarla bağlı problemlərin qarşısını almaq və aşırı təzyiqi aradan qaldırmaq məqsədilə qapaqların sonuna qədər bağlanması məsləhət görülmür. Əgər bir və ya bir neçə radiatoru dövriyyədən təcrid etmək lazımdırsa, bu zaman hər bir radiatorda avtomatik ventilyasiya qapaqlarının quraşdırılması tövsiyə edilir.

• DİQQƏT: Əgər OSCAR alüminium radiatorunun əsası qarşı birləşmələrə əks istiqamətdə quraşdırılıbsa, o zaman birinci və ikinci elementlər arasında ildırım keçiricisi (bənd 22) yerləşdirilməlidir. Ildırım keçiricisinin işə salınması dövriyyəni yaxşılaşdırır və bununla da radiatorun maksimum gücünü təmin edir.   

Evinizi hansı istilik sistemi ilə isidirsiniz?

Kombi (440)
Qaz (143)
Heç biri (126)



..